UFC mayda ABŞ-da üç turnir keçirəcək
Mütləq Döyüş Çempionatının (UFC) rəhbərliyi koronavirus pandemiyasına baxmayaraq, bu ilin may ayında keçiriləcək turnirlərin cədvəlini təqdim edib.

UFC may ayında ABŞ-ın Florida ştatında üç turnir keçirəcək. Turnirlərin mayın 9, 13 və 16-sı tarixlərində təşkili planlaşdırılır. Qeyd olunub ki, turnirləri keçirməyə kömək edən bütün insanların təhlükəsizliyinin təmin olunması, sağlamlığının qorunması üçün xüsusi protokollar hazırlanacaq.

Turnirdən əvvəl otelə yalnız idmançılar, məşqçilər və UFC heyəti buraxılacaq. Onların hamısının tibbi müayinədən keçəcəkləri və bəzi testlərin aparılacağı planlaşdırılır. Yoxlama prosedurunun gündəlik təkrarlanması nəzərdə tutulur.

Xəbər 609 dəfə oxundu.