2021-ci ildə keçirilməsi planlaşdırılan Dünya Çimərlik Oyunları təxirə salınıb
2021-ci ildə keçirilməsi planlaşdırılan Dünya Çimərlik Oyunları təxirə salınıb.

Qərar idmançıların 2021-ci ilə təxirə salınmış Tokio Yay Olimpiya Oyunlarına hazırlaşması üçün qəbul olunub.

Yarışın 2023-cü ildə keçirilməsi nəzərdə tutulur. Honkonq və ABŞ yarışa ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.

Qeyd edək ki, ötən il Qətərdə keçirilən Dünya Çimərlik Oyunlarında Azərbaycan komandası 5 medal qazana bilib.

Xəbər 698 dəfə oxundu.