Velosiped idmanı üzrə Avropa çempionatı təxirə salınıb
İtaliyanın Trento şəhərində velosiped idmanı üzrə Avropa çempionatı koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınıb.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Qitə çempionatının əvvəlcə 2020-ci ilin sentyabrın 9-dan 13-dək keçirilməsi planlaşdırılmışdı.

Avropa çempionatının 2021-ci il sentyabrın birinci yarısında keçirilməsi nəzərdə tutulub. Dəqiq tarixlə bağlı son qərarı Beynəlxalq Velosipedçilər İttifaqı verməlidir.

Xəbər 650 dəfə oxundu.