"Qəbələ”nin tarixində 7 dəfə
Region təmsilçisi olan “Qəbələ” futbol klubunun tarixində 7 dəfə bir futbolçu oyun ərzində 3 və ya daha çox qola imza atıb.

Onlardan birində penta-trik, birində poker, digər beşində isə het-trik qeydə alınıb. Bu qarşılaşmaların hamısında “qırmızı-qaralar” böyük hesabla qələbə qazanıb. Belə məhsuldarlıq 4 ev və 3 səfər oyununa təsadüf edib. Premyer Liqada 3, Azərbaycan kubokunda 2, Avropa Liqası və birinci dəstənin hərəsində bir dəfə belə hal yaşanıb.

İlk belə hadisə də aşağı liqaya təsadüf edib. 2005/2006-cı il mövsümündə birinci dəstənin bombardiri olan Rövşən Əhmədov “Energetik”in qapısına 5 qol vuraraq klub tarixinin hələlik yeganə penta-trikini rəsmiləşdirib.

Yeganə pokerin müəllifi isə Vitali Balamestnıdır. O, Premyer Liqanın Sumqayıtdakı görüşündə “Gənclərbirliyi”nin qapısından dörd top keçirib.

İlk het-trikin müəllifi Vüsal Qarayev Azərbaycan kubokunda fərqlənibsə, Premyer Liqada bunu bacaran ilk futbolçumuz Fərzad Hatəmidir. Hərçənd poker iranlının het-trikindən daha tez qeydə alınıb. Sonradan Filip Ozobiç kubokda, Baqali Dabo Premyer Liqada klub tarixinin 2-ci het-trikini gerçəkləşdirib.
Avrokuboklardakı yeganə belə uğurun sahibi Teo Uiksdir. O, Gürcüstan “Samtredia”sı ilə qarşılaşmada bombardirlik keyfiyyətini nümayiş etdirib.

Xəbər 531 dəfə oxundu.