Nakamura finalda
Dünya çempionu Maqnus Karlsen dəvəti ilə keçirilən onlayn şahmat turnirində ilk yarımfinal baş tutub.

Azsport.az saytı xəbər verir ki, iki ABŞ şahmatçısının duelində Hikaru Nakamura rapid bərabərliyinin atdından blitsdə Fabiano Karuananı üstələyərək (4:2) finala çıxıb. Onun final rəqibi sabah müəyyən ediləcək. Norveçli Maqnus Karlsen çinli Dinq Lirenlə mübarizədə Nakamuraya rəqib olmağa çalışacaqlar.

Xəbər 629 dəfə oxundu.