"Renn" klubu Çempionlar Liqasında hazırkı heyətlə çıxış etmək istəyir
Fransanın “Renn” futbol klubu hazırkı heyətini qorumağa çalışır.

Komandanın mövsümü üçüncü pillədə başa vurması və növbəti ildən Çempionlar Liqasında çıxış etməsi bu addımı atmağa məcbur edib.

Klub müqavilə ilə “Roma”ya məxsus olan və icarə əsasında komandada çıxış edən Stiven Nzonzi ilə müqavilənin müddətini artırıb. Otuz bir yaşlı yarımmüdafiəçi 2021-ci ilədək icarə əsasında “Renn”də çıxış edəcək.

AZƏRTAC

Xəbər 658 dəfə oxundu.