Tennis üzrə virtual Madrid turnirinin qalibləri müəyyənləşib
Tennis üzrə virtual Madrid turnirinin qalibləri müəyyənləşib.

Kişi tennisçilər arasında fərdi yarışların finalında Böyük Britaniya təmsilçisi Endi Marrey belçikalı David Qoffeni 7:6 (7:5) hesabı ilə məğlub edib.

Qadınların mübarizəsində isə niderlandlı Kiki Bertens Fransa tennisçisi Fiona Ferrodan üstün olub – 6:2.

Qeyd edək ki, turnirin yarımfinal mərhələsində E.Marrey argentinalı Dieqo Şvartsmanı, K.Bertens isə Danimarka təmsilçisi Karolina Voznyaçkini məğlub edib.


Xəbər 621 dəfə oxundu.