“Prezident olsaydım, Fetteli saxlayardım”
“Mənim dövrümdə komandada Şumaxer, Todt, Braun, Birn, Domenikali kimi adamlar var idi. Hamısı öz sahələrinin ən yaxşıları idi. İndiki Ferraridə belə adamlar görə bilirsiniz? İndi burada peşəkar adamlar işləmir”.

Azsport.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Ferrari komandasının sabiq prezidenti Luka di Montedzemolo deyib.

“Ferrari dördqat dünya çempionu Fetteli heç yerə buraxmamalıdır. Prezident olsaydım, Fetteli saxlayardım. Çünki o, çox sürətlidir və motivasiya problemi yoxdur. Onun komandada qalması gənc Şarl Lekler üçün də yaxşıdır. Çünki, Fettellə yarışsa, maksimum gücünü ortaya qoyacaq”.

Xəbər 688 dəfə oxundu.