“NASCAR”da mövsümün mayın 17-də bərpa olunacağını rəsmi şəkildə təsdiqləyiblər
“NASCAR” seriyasının rəhbərliyi çempionatı mayın 17-də bərpa etməyi planlaşdırır.

İlk iki mərhələ Cənubi Karolinada, Darlinqton şəhərində keçiriləcək. Bu yerin seçilməsi onunla bağlıdır ki, bəzi karantin tədbirləri bu ştatda yüngülləşdirilib. “NASCAR Cup”un ikinci yürüşü mayın 20-də təşkil olunacaq.

Daha sonra seriya Şarlott şəhərinə ötürüləcək. Burada yürüşlər mayın 24 və 27-də keçiriləcək.

Beləliklə, “NASCAR” koronavirus pandemiyası fonunda yarışlara başlayan ilk iri seriya olacaq. Qeyd edək ki, yürüşlər tamaşaçısız keçiriləcək.

Digər populyar Amerika yürüş seriyası olan “IndyCar” mövsümün startı üçün ilkin tarixləri hələ elan etməyib. Lakin məlumdur ki, “İndianapolisin 500 mili” əfsanəvi yürüşü yayın sonunadək təxirə salınıb.

Xəbər 635 dəfə oxundu.