"Ədalətli oyunlar və koronovirusla mübarizə” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən keçirilən “Ədalətli oyunlar və koronovirusla mübarizə” mövzusunda onlayn rəsm müsabiqəsinə yekun vurulub.

Müsabiqənin təşkilində məqsəd ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına dəstək olmaq, ölkəmizdə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar uşaqların ev şəraitində asudə vaxtını səmərəli təşkil etmək, evdə olduqları müddətdə öz yaradıcılıqlarını inkişaf etdirmək, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin təşkil etdiyi “Ədalətli oyun beynəlxalq incəsənət müsabiqəsi”nə rəsm əsərlərinin seçilməsi olub.

Qeyd edək ki, yerli müsabiqədə seçilən ən yaxşı rəsmlər beynəlxalq təşkilata göndərilib. Aprelin 30-da yekun vurulan “Ədalətli oyun beynəlxalq incəsənət müsabiqəsi”nin qaliblərinin adları yaxın günlərdə açıqlanacaq.


Xəbər 876 dəfə oxundu.