Azərbaycan voleybolçusu karyerasını Belarusda davam etdirəcək
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karyerasını Belarusda davam etdirəcək.

Voleybolçu “Minçanka” klubu ilə birillik müqavilə imzalayıb. Diaqonal oyunçusu yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək.

2012-2017-ci illərdə Bakının “Telekom” klubunda oynamış M.Əzizova Azərbaycan çempionatlarının qızıl və gümüş medallarını qazanıb. O, Türkiyə və Polşa klublarında da legioner həyatı yaşayıb.

Qeyd edək ki, “Minçanka” komandası Rusiya Superliqasında çıxış edir.

Xəbər 624 dəfə oxundu.