Gələn ildən Dakar rallisində klassik komandalar da yarışa biləcək
Gələn ildən Dakar rallisində klassik komandalar da yarışa biləcək.

Bu barədə turnirin direktoru David Kastera məlumat verib.

Bildirib ki, “Dakar klassikası” adlanan marafonda “Porşe 959”, “Sitroen ZX Ralli Reyd” və “Pejo 205/405” komandaları mübarizə aparacaqlar.

Qeyd edək ki, onlar 2000-ci ilədək “Dakar” rallisində iştirak ediblər. Yarışda təxminən 40 pilotun starta çıxacağı gözlənilir. İlkin variant kimi turnir Səudiyyə Ərəbistanında keçiriləcək.


Xəbər 628 dəfə oxundu.