Azərbaycan futbolçusu Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər
Bakının “Zirə” futbol klubunun qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.

26 yaşlı qapıçıya “Kaysar” klubu maraq göstərir. Komanda mövsümün sonunda azad agent statusu daşıyacaq qolkiperi heyətinə qatmaq istəyir.

Qeyd edək ki, millimizin üzvü qış fasiləsində Qazaxıstanın “Tobol” klubundan ayrılaraq, “Zirə”yə keçib.


Xəbər 634 dəfə oxundu.