Avstriya hökuməti Formula 1 Qran-Prisini dəstəkləyir
Avstriyanın vitse-kansleri Verner Koqler bütün məhdudiyyətlərə riayət olunması şərtilə Formula 1 Qran-Prisinin keçirilməsi ideyasının hökumət tərəfindən dəstəkləndiyini təsdiqləyib.

Verner Koqler deyib: “Hələ ki, bütün zəruri məhdudiyyətlərə riayət olunur və mən qadağalar üçün səbəb görmürəm. Biz bu yarışların baş tutmasını istəyirik.

Futbolla müqayisədə Formula 1-də tamamilə başqa vəziyyətdir. Lakin sosial distansiya qaydalarına riayət olunmalıdır, əks halda Ştiriya federal əyalətinin hakimiyyət orqanları bununla razılaşmayacaqlar”.


Xəbər 616 dəfə oxundu.