Zandfortda yürüşlərin tamaşaçısız keçirilməsi variantına baxılır
Ötən həftə Formula 1 çempionatının Niderland Qran-Prisinin idman direktoru Yan Lammers bu il Niderland Qran-Prisinin çətin ki, keçiriləcəyini xəbər vermişdi. Lammers bu fikrini bunu yürüşlərin tamaşaçısız keçiriləcəyinə təşkilatçıların hazır olmaması ilə əlaqələndirmişdi.

İndi isə Lammers öz mövqeyinə yenidən nəzərdən salıb: əgər “Liberty Media” bütün xərcləri öz üzərinə götürsələr, o halda Zandfortda mərhələnin keçirilməsini istisna etmirlər.

Y.Lammers Niderlandın “RTL” teleşirkətinin efirində deyib: “Çox böyük vəsaitdən söhbət gedir. Çempionatın sahibləri bu vəsaiti təkcə Zandforta deyil, eləcə də digər ölkələrin avtodromlarına ödəməli olacaqlar. Beləliklə, son nəticə FOM-un (Formula One Management) maliyyə vəziyyətindən və bu çətin dövrdə onun öz üzərinə hansı yükü götürə biləcəyindən asılıdır.

Əgər Zandfortda yürüşlər boş tribunalarla keçəcəksə, deməli buna səbəb yalnız azarkeşlərin istəyi olacaq. Biz aparılan sorğuları İnternetdə gördük. Sorğunun mövzusu belə idi: Niderland Qran-Prisini bu il keçirməmək yaxşıdır, yoxsa tamaşaçılarsız keçirmək? Sorğu iştirakçılarının əksəriyyəti yürüşləri televizorda izləməyi üstün tutur. Belə vəziyyətdə biz mərhələnin keçirilməsi imkanını müzakirə etməyə hazırıq”.

Xəbər 583 dəfə oxundu.