Bu gün onlayn şahmat turnirində yeddinci turun ilk qarşılaşmaları keçiriləcək
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində aprelin 30-da yeddinci turun ilk qarşılaşmaları keçiriləcək.

Bugünkü görüşlərdə çinli Liren Dinq M.Karlsen, rusiyalı Yan Nepomnyaşi FIDE təmsilçisi Əlirza Firuzca ilə mübarizə aparacaq.

Hazırda turnir cədvəlinə 13 xalla M.Karlsen, ABŞ şahmatçıları Hikaru Nakamura və Fabiano Karuana başçılıq edirlər. L.Dinqin 12, Ə.Firuzca və Y.Nepomnyaşinin 6, fransalı Maksim Vaşe-Laqravın 5, niderlandlı Aniş Girinin 4 xalı var.

Qeyd edək ki, ilk dördlükdə qərarlaşan şahmatçılar vaxtından əvvəl yarımfinala vəsiqəni təmin ediblər.

Xəbər 538 dəfə oxundu.