Kataloniya superkuboku koronavirus pandemiyası səbəbindən ləğv olunub
Kataloniya superkubokunun 2020-ci ildə keçiriləcək final matçı koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Bu barədə Kataloniya Futbol Federasiyasının saytı məlumat yayıb. Cari mövsümdə kubok uğrunda “Barselona” və “Espanyol” mübarizə aparmalı idi.

Qeyd edək ki, ötən mövsüm superkuboku “Barselona”ya 1:0 hesabı ilə qalib gələn “Jirona” qazanıb.

Xəbər 660 dəfə oxundu.