AFFA-nın icraçı vitse-prezidentinin sədrliyi ilə UEFA komitəsinin büro iclası keçirilib
UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət Komitəsinin büro iclası keçirilib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar iclas videozəng formatında təşkil olunub. İclasda cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, müvafiq komitənin sədri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdur.

Xəbər 662 dəfə oxundu.