On yeddi yaşadək şahmatçılar “Biz birlikdə güclüyük” onlayn turnirində mübarizə aparacaqlar
Mayın 1-də şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisinin üzvü Rauf Məmmədovun təşəbbüsü və dəstəyi ilə “Biz birlikdə güclüyük” adlı onlayn turnir keçiriləcək.

17 yaşadək şahmatçıların qatılacağı yarış İsveçrə sistemi üzrə təşkil ediləcək və 11 turdan ibarət olacaq. Oyuna nəzarət vaxtı 3 dəqiqədir (artımsız).

Qeyd edək ki, R.Məmmədov tərəfindən ayrılan 500 manat mükafat fondu ümumi turnirdə ilk 10 yeri tutan və eyni zamanda, qızlar və 12 yaşadək uşaqlar arasında ilk pillədə qərarlaşan şahmatçılar arasında bölüşdürüləcək.
Oyunlar Rauf Məmmədov tərəfindən canlı olaraq şərh olunacaq.
Turnir chess.com saytının “Biz birlikde gucluyuk” virtual klubu üzərindən keçiriləcək.

Xəbər 833 dəfə oxundu.