Amerikalılar Karlsenə çatdılar
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində 6-cı tura yekun vurulub.

Azsport.az saytı xəbər verir ki, ABŞ şahmatçısı Hikaru Nakamura çinli Dinq Lirenə “armagedon”da qalib gələrək (3:2) 2 xal əldə edib və Karlsenin liderliyinə şərik çıxıb. Liren turdan 1 xal qoparıb. Daha bir ABŞ təmsilçisi Fabiano Karuana da fransalı Maksim Vaşye-Laqrava 2,5:1,5 hesabı ilə qalib gələrək 3 xal qazanıb və liderlərə çatıb.

Hazırda turnir cədvəlinə 13 xalla Karlsen, Nakamura və Karuana başçılıq edirlər. Lirenin 12, Firuzca və Nepomnyaşinin 6, Vaşye-Laqravın 5, Girinin 4 xalı var.

Xəbər 647 dəfə oxundu.