Avropa çempionatında Azərbaycanın 30 şahmatçısı iştirakını təsdiqləyib
Mayın 16-dan 31-dək Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə keçiriləcək onlayn Avropa çempionatında iştirak etmək üçün 49 ölkədən 1000-dən çox şahmatçı qeydiyyatdan keçib.

Qitə çempionatında indiyədək Azərbaycanın 30 şahmatçısı iştirakını təsdiqləyib. Onların sırasında tanınmış şahmatçılarımız Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla, Vüqar Əsgərov və başqaları yer alıb.

Son qeydiyyat müddəti mayın 14-də başa çatacaq.

Xəbər 653 dəfə oxundu.