Ouenin Premyer Liqada yeni ünvanı
«Liverpul», «Real», «Nyukasl» və son olaraq «Mançester Yunayted»in formasını geyinən, ancaq müqaviləsi sona çatan Maykl Ouenin yeni komandası müəyyən olur. Yeni mövsümün əvvəlində hücum xəttini möhkəmlətməyi düşünən Premyer Liqa komandalarından «Stok Siti» «Mançester Yunayted»lə yollarını ayıran Ouenlə müqavilə imzalamağa hazırlaşır.

Keçirdiyi zədələr səbəbiylə «qırmızı şeytanlar»ın heyətində gözləniləndən çox uzaq bir mövsüm keçirmiş və cəmi 4 matçda forma geyən bilmiş ingilis qolçu «Stok Siti»nin ğaş məşqçisi Toni Pulislə görüşüb. İngilis mətbuatında yayılan xəbərlərə görə, görüşdə tərəflər artıq razılığa gəliblər və iyuldun 1-də 32 yaşlı futbolçunun rəsmi sazişi imzalayacağı gözlənilir.

Hücumçu bundan öncə Portuqaliyadan istirahətdən dönüb və yeni mövsümün başlanğıcında formada olmaq üçün artıq hazırlıqlara başlayıb.

Xəbər 934 dəfə oxundu.