MotoGP yarışlarına yayda start verilə bilər
Formula 1-də olduğu kimi, MotoGP yarışlarına da yayda start verilə bilər.

Turnirin rəhbəri Karmelo Espeleta mətbuata açıqlamasında iyulun sonunadək gözləmək lazım olduğunu söyləyib. O, beynəlxalq təyyarə reyslərinin bərpasından sonra bütün problemlərin həll olunacağına ümidlərini dilə gətirib.

Espeletanın sözlərinə görə, mövsüm iyulun sonunda başlansa çempionatı noyabradək yekunlaşdırmaq olar. MotoGP rəhbəri ən pis halda ilk yarışın sentyabrda keçiriləcəyini də istisna etməyib.


Xəbər 661 dəfə oxundu.