Gənc qrossmeyster Vüqar Əsədli onlayn seans keçirəcək
Şahmatçılarımız Rauf Məmmədov, Eltac Səfərli, Zeynəb Məmmədyarova, Namiq Quliyev və Azər Mirzəyevdən sonra daha bir qrossmeysterimiz karantin günlərində onlayn seans verəcək.

Gənc qrossmeyster Vüqar Əsədlinin iştirakı ilə aprelin 29-da saat 15:00-da Lichess.org şahmat platforması üzərindən növbəti onlayn seans keçiriləcək.

Seansda qeydiyyatdan keçmiş ilk 20 şahmatçı mübarizə aparacaq.

Xəbər 649 dəfə oxundu.