İsveçrə-Azərbaycan oyununun vaxtı müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da keçirilməli olan İsveçrə – Azərbaycan oyunu koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmışdı.

AFFA ilə İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılıq əsasında qarşılaşma bu il noyabrın 12-də keçiriləcək.

Oyunun stadionu və başlanma vaxtı hələ müəyyənləşməyib.


Xəbər 644 dəfə oxundu.