Fransada bütün idman yarışları sentyabra qədər dayandırılıb
Peşəkar idman mövsümü yarışları, xüsusilə də futbol çempionatları baş tutmayacaq. 2019-2020-ci illər Liqa 2 və Liqa 2 mövsümləri keçirilməyəcək. Bütün böyük idman və mədəniyyət tədbirləri, ümumiyyətlə 5 mindən çox insanın toplaşdığı tədbirlər sentyabr ayından əvvəl keçirilə bilməz.

Bu haqda Fransa Baş Naziri Milli Assambleyada təcrid olma rejimindən çıxmaqla bağlı hökumətin milli strategiyasını təqdim edərkən deyib.

Bildirib ki, futbol mövsümü də sentyabr ayından sonra başlaya bilər. Baş Nazirin çıxışından sonra UEFA-nın Avro 2020-nin 2021-ci ilin yayına təxirə salınması qərarı yerinə düşüb.
Hökumətin qərarına əsasən reqbi yarışları, eləcə də Bretagne classic, le Tour du Poitou-Charente, voire même le Critérium du Dauphiné et les Championnats de France kimi bir çox velosiped yarışları da təxirə salınıb.

Avqustun 29-dan sentyabrın 20-dək planlaşdırılmış Tour de France velosiped taleyi də naməlum qalır.

Milli Basketbol Liqası mövsümün sonunda nə ediləcəyi ilə bağlı qərar vermək üçün tez bir zamanda görüş planlaşdırır. Artıq çempionatlarını dayandırmış digər kollektiv idman növlərinin əksəriyyəti həndbol, voleybol, xokkey kimi idman növlərinə bu tədbirlərin heç bir təsiri yoxdur.

AZƏRTAC

Xəbər 605 dəfə oxundu.