2022-ci ildə Formula E yarışlarında yeni komanda – “Scuderia-E” debüt edəcək
2022-ci ildə Formula E yarışlarında yeni komanda – “Scuderia-E” debüt edəcək.

Komanda italiyalı sahibkar Canfranko Pitstsutoya məxsus olacaq. C.Pitstsuto rəsmi sosial şəbəkələrində yeni bolidin şəklini də paylaşıb. Bolidin üzərində potensial sponsorların loqoları həkk olunub. Şin təchizatçısı olaraq “Pirelli” şirkəti göstərilib. Ancaq Formula E yarışlarında “Michelin” şirkətinin şinlərindən istifadə olur.

C.Pitstsuto deyib: “Hər şeyə sıfırdan başlamaq mənim çox xoşuma gəlir. Elektrotexnika sahəsində ideyaları reallaşdırmaq olduqca maraqlıdır. Formula E isə mənim maraq dairəmə çox uyğun gəlir”.


Xəbər 633 dəfə oxundu.