Şahmat üzrə onlayn superturnirdə altıncı tura start verilir
Aprelin 28-də şahmat üzrə onlayn superturnirdə altıncı turun ilk iki görüşü keçiriləcək.

Turun ilk qarşılaşmalarında dünya çempionu, norveçli Maqnus Karlsen rusiyalı Yan Nepomnyaşi, FIDE təmsilçisi Əlirza Firuzca niderlandlı şahmatçı Aniş Giri ilə mübarizə aparacaqlar.

Hazırda M.Karlsen, amerikalı Hikaru Nakamura, çinli Liren Dinq 11 xalla öndədirlər. Amerikanın digər təmsilçisi Fabiano Karuana 10, fransalı Maksim Vaşe-Laqrav və Y.Nepomnyaşi 5, A Giri 4, Ə. Firuzca 3 xala malikdirlər.

Turnirin mükafat fondu 250 min dollardır.

Xəbər 623 dəfə oxundu.