Ölkəmizi avrokuboklarda təmsil edəcək voleybol klubları yaxın günlərdə müəyyənləşəcək⁷
Dünyada tüğyan edən koronavirus pandemiyası Azərbaycan voleyboluna da təsirsiz ötüşməyib. Belə ki, qadın voleybolçulardan ibarət Azərbaycan Super Liqası və kişilər arasında Yüksək Liqanın oyunları mart ayından etibarən dayandırılıb.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, vaxtsız dayandırılan çempionatın nəticələri və 2020-2021-ci il mövsümündə avrokuboklarda ölkəmizi təmsil edəcək komandaların adları yaxın günlərdə açıqlanacaq.

Xəbər 650 dəfə oxundu.