Formula 1 Fransa Qran-Prisi ləğv olunub
İyunun 26-28-də keçirilməsi nəzərdə tutulan Formula 1 Fransa Qran-Prisi ləğv olunub.

Buna səbəb Fransa hökumətinin koronavirus pandemiyasına görə ölkədə kütləvi idman yarışlarına qoyulan qadağa müddətini iyulun ortalarınadək uzatması olub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının startı gecikir. Belə ki, Avstraliya və Monako yarışları ləğv olunub. Vyetnam, Çin, Bəhreyn, İspaniya, Niderland, Azərbaycan və Kanada mərhələləri isə qeyri-müəyyən vaxta təxirə salınıb. Formula 1 yarışlarının yeni mövsümünə iyulun 3-5-də keçiriləcək Avstriya Qran-Prisi ilə start verilə bilər.

Xəbər 631 dəfə oxundu.