Azərbaycan triatlonçusu idman həvəskarlarını evdə məşq etməyə səsləyib - VİDEO
Azərbaycan Triatlon Federasiyası milli komandamızın üzvü, 2019-cu
ildə Avropanın ən güclü triatlonçusu seçilmiş Rostislav Pevtsovun
iştirakı ilə "Evdə qal, sağlam ol " videoçarxını hazırlayıb.

Azsport.az saytı xəbər verir ki, videoçarxın əvvəlində federasiyanın baş katibi Cavad Axundzadə hazırda ATF-nin karantin dövründəki fəaliyyəti barədə qısa məlumat verir və ardınca Rostislav Pevtsovun evdə məşq prosesi nümayiş etdirilir.


Xəbər 647 dəfə oxundu.