Bu gün şahmat üzrə onlayn superturnirdə beşinci turun növbəti görüşləri keçiriləcək
Aprelin 27-də onlayn şahmat turnirində beşinci turun növbəti iki görüşü keçiriləcək.

Turun son oyunlarında amerikalı şahmatçı Fabiano Karuana həmyerlisi Hikaru Nakamura, rusiyalı Yan Nepomnyaşi çinli Liren Dinq ilə üz-üzə gələcəklər.

Hazırda dünya çempionu Maqnus Karlsen 11 xalla turnir cədvəlinin lideridir. H.Nakamuranın 10, F.Karuana və L.Dinqin 8, fransalı Maksim Vaşe-Laqrav və Y.Nepomnyaşinin 5, niderlandlı Aniş Girinin 4, FIDE təmsilçisi Əlirza Firuzcanın 3 xalı var.

Xəbər 488 dəfə oxundu.