Karlsen autsayderə yenildi
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində 5-ci turun iki qarşılaşması baş tutub.

Azsport.az saytı xəbər verir ki, autsayderlərin uğuru kimi əlamətdar olan bu gündə indiyədək cəmi 1 xalı olan niderlandlı Aniş Giri turnirin lideri olan Karlseni 2,5:1,5 hesabı ilə məğlub edərək, hesabına 3 xal yazdırıb. Norveçlı şahmatçı isə bu gün xal qazana bilməyib.

Digər qarşılaşmada turnirdə indiyədək heç bir xal qazana bilməyən FİDE-nin iranlı təmsilçisi Əlirza Firuzca fransalı Maksim Vaşye-Laqrava 2,5:1,5 hesabı ilə qalib gəlib. Firuzca turnirdə özünün ilk 3 xalını qazanıb. Fransalı bu turdan xalsız ayrılıb.

Sabah ABŞ şahmatçıları Fabiano Karuana və Hikaru Nakamuta üz-üzə gələcəklər. Digər rəqabət rusiyalı Yan Nepomnyaşi ilə çinli Dinq Liren arasında olacaq.

Hazırda turnir cədvəlində Karlsen 11 xalla liderdir. Nakamura 10 xalla ikinci pillədədir. Karuana və Lirenin 8, Vaşye-Laqrav və Nepomnyaşinin 5, Girinin 4, Firuzcanın 3 xalı var.

Xəbər 506 dəfə oxundu.