Avropa çempionatında iştirak etmək üçün 20 şahmatçımız qeydiyyatdan keçib
Mayın 16-dan 31-dək Avropa Şahmat İttifaqının təşkilatçılığı ilə onlayn Avropa çempionatı keçiriləcək.

Qitə çempionatında iştirak etmək üçün indiyədək Azərbaycanın 20 şahmatçısı qeydiyyatdan keçib. Onların sırasında tanınmış şahmatçılarımız Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Ülviyyə Fətəliyeva, Xəyalə Abdulla və başqaları yer alıb.

Yarışda iştirak etmək istəyən şahmatçıların fərdi qaydada qeydiyyatı davam edir.


Xəbər 479 dəfə oxundu.