Bu gün şahmat üzrə onlayn superturnirdə beşinci turun ilk görüşləri keçiriləcək
Şahmat üzrə onlayn superturnirdə aprelin 26-da beşinci turun ilk görüşləri keçiriləcək.

Bugünkü oyunlarda niderlandlı Aniş Giri dünya çempionu Maqnus Karlsen, FIDE təmsilçisi Əlirza Firuzca fransalı Maksim Vaşe-Laqrav ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, dünya çempionu 11 xalla turnir cədvəlinin lideridir. Rəqibi A.Girinin aktivində isə cəmi 1 xal var. Digər qarşılaşmanın iştirakçıları M.Vaşe-Laqrav 5 xala malikdirsə, Ə.Firuzca hələ ki, xalsızdır.


Xəbər 591 dəfə oxundu.