“PSJ” "Çelsi"nin yarımmüdafiəçisini almağı planlaşdırır
Fransanın "PSJ" klubu "Çelsi"nin yarımmüdafiəçisi Temue Bakayokonu almağı planlaşdırır.

“Azsport.az” saytı xarici KİV-lərə istinadla xəbər verir ki, London klubunun 25 yaşlı təmsilçisi də öz növbəsində Paris klubuna qayıtmaq arzusundadır.

Xatırladaq ki, futbolçu hazırda icarə əsasında "Monako"da oynayır.

Temue Bakayoko bu mövsüm 23 oyun keçirib, 1 qol vurub.
Daha əvvəl “PSJ”-nin İtaliyanın "Milan" klubunun müdafiəçisi Teo Hernandesi almağı planlaşdırdığı bildirilmişdi.

Bəsti Sabirqızı







Xəbər 816 dəfə oxundu.