“Armagedon” heç-heçəsi Lirenin xeyrinə oldu
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində 4-cü tura yekun vurulub.

Azsport.az saytı xəbər verir ki, bu gün ABŞ şahmatçısı Hikaru Nakamura rusiyalı Yan Nepomnyaşiyə 2,5:1,5 hesabı ilə qalib gələrək turdan 3 xalla ayrılıb. Nepomnyaşi isə xal qazana bilməyib. Çinli Dinq Liren ilə niderlandlı Aniş Giri arasındakı qarşılaşmanın əsas partiyaları 2:2 hesabı ilə bitib. “Armagedon” partiyası da heç-heçə nəticələnincə, qaydalara əsasən bu partiyanı qara fiqurlarla oynayan Liren qalib sayılıb. Nəticədə turdan Liren 2, Giri 1 xalla ayrılıb.

Hazırda turnir cədvəlində Karlsen 11 xalla liderdir. Nakamura 10 xalla ikinci pillədədir. Karuana və Lirenin 8, Vaşye-Laqrav və Nepomnyaşinin 5, Girinin 1 xalı var. Firuzca hələ ki, xalsızdırlar.

Xəbər 506 dəfə oxundu.