Yunanıstandan 3 bürünc medalla
Afinada 16-21 yaşlı taekvondoçular arasında Avropa çempionatı başa çatıb. İdman.com.az saytı xəbər verir ki, yarışın son günü daha 2 idmançımız bürünc medala sahib olub. Xəyalə Quliyeva (-46 kq) və Türkanə Tahirli (-49 kq) mübarizəni yarımfinalda dayandırmalı olsalar da yarışı üçüncü mükafatla yekunlaşdırıblar.

Xatırladaq ki, daha əvvəl isə Aydın Bəhməlov (-87 kq) bürünc mükafata sahib olub. Beləliklə 16-21 yaşlıların Avropa çempionatını 3 bürünc medal qazanan seçmə komandamız ayın 19-da Vətənə dönəcək.

Xəbər 1151 dəfə oxundu.