Həbib Nurməhəmmədov növbəti döyüşünü sentyabrda keçirəcək
Qarışıq döyüş növləri (MMA) üzrə ən güclü idmançılardan hesab edilən rusiyalı Həbib Nurməhəmmədov növbəti döyüşünü sentyabrda keçirəcək.

“Azsport.az” saytı xəbər verir ki, bu barədə UFC-nin prezidenti Dana Uayt xarici KİV-lərə müsahibəsində deyib. O, bildirib ki, rusiyalı döyüşçünün rəqibi “UFC 249” turniri çərçivəsində mayın 9-da Amerikanın Florida ştatında keçiriləcək Toni Ferqyuson - Castin Qetji döyüşünün qalibi olacaq.

UFC-nin rəhbəri qeyd edib ki, Ferqyuson-Qetci döyüşü indiyə qədər keçirilmiş ən ağır döyüşlərdən biri olacaq: “Onlar dünyanın ən yaxşı döyüşçülərindəndir. Döyüşün qalibi titul uğrunda H. Nurməhəmmədovla mübarizə aparacaq.

Bəsti Sabirqızı




Xəbər 627 dəfə oxundu.