"Çelsi" koronavirus pandemiyası zamanı oyunçuların maaşlarını azaltmayacaq
İngilis futbol klubu "Çelsi", koronavirus pandemiyası zamanı oyunçularının maaşlarını azaltmayacaq.

“Azsport.az” saytı xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klub rəhbərliyi oyunçulara pandemiya dövründə xeyriyyə aksiyalarında iştirak etdiklərinə görə, minnətdarlıq edib. Futbolçulara tapşırılıb ki, xeyriyyə tədbirlərini bundan sonra da dəstəkləməkdə davam etsinlər.

Bundan əvvəl, “Çelsi”nin oyunçularının öz maaşlarının 10 faiz azaldılmasına razılıq verdikləri bildirilmişdi. Belə olan təqdirdə, klub dörd ay ərzində 12,5 milyon dollara qənaət edəcəkdi.
Qeyd edək ki, İngiltərə çempionatı martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılaraq qeyri-müəyyən vaxta təxirə salınıb.

Bəsti Sabirqızı


Xəbər 628 dəfə oxundu.