Azərbaycan yığması Türkiyə komandasına qalib gəldi
Azərbaycan şahmatçılarının iştirakı ilə Azərbaycan – Türkiyə onlayn matçı baş tutub.

Ölkəmizin Türkiyədəki səfirliyinin və SOCAR-Türkiyənin dəstəyi ilə keçirilən matçda hər iki tərəfi Azərbaycan şahmatçıları təmsil edib. Azərbaycan komandasının tərkibində Rauf Məmmədov, Vasif Durarbəyli, Azər Mirzəyev, Ürfan Sevdimalıyev, Səbinə İbrahimova və Zaur Süleymanov çıxış ediblər. Türkiyə komandasında bu ölkədə yaşayan Azərbaycan şahmatçıları çıxış edib. Bu komandanın heyətində Vüqar Rəsulov, Misrəddin İsgəndərov, Cəmil Ağamalıyev, Zaur Məmmədov, Nərmin Məmmədova ilə yanaşı ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim də yer alıb. 12 turluq mübarizədə Azərbaycan komandası 6 dəfə qələbə qazanıb, 5 dəfə məğlub olub və 1 tur heç-heçə başa çatıb. Ümumi xal hesabında Azərbaycan komandası 38,5:33,5 xalla qalib gəlib.

Xəbər 602 dəfə oxundu.