Nuri Şahin erkən başlayır
Keçən mövsüm zədə səbəbiylə Madrid «Real»ının istədiyi oyunu göstərə bilməyən türk futbolçusu Nuri Şahin yeni mövsüm hazırlıqlarına erkən başlayıb. İdman.com.az saytı xəbər verir ki, hücumçu mövsümə hazırlıq işlərinə baş məşqçi Joze Maurinyonun və məşqçi Rui Farianın hazırladığı xüsusi bir proqram daxilində başlayıb.

Ötən mövsüm Nuri üst-üstə cəmi 10 oyunda «Real»ın formasını geyinib. Bunlardan 4-ü La Liqada, 4ü Çempionlar Liqasına və 2-si Kral Kubokunda oldu. İspaniyada mövsüm bitən kimi isə dərhal Türkiyə millisinin düşərgəsinə qatıldı və hazırlıq matçlarında iştirak edib.

Türk futbolçuya gələn mövsüm heyətində yer verməyi planlaşdıran Joze Maurinyo isə gənc oyunçunun digər komanda yoldaşlarıyla eyni səviyyəyə gəlməsi üçün onun mövsümə erkən bir başlamasını istəyib. Nuri hazırlığında fiziki hərəkətlərə xüsusi fikir verir.

Xəbər 1028 dəfə oxundu.