“Nakhchivan Alinja Tower” komandası FIFA20 Milli Liqasının turnir cədvəlinin vahid lideridir
"Gaming League Azerbaijan”, Azərbaycan Kiberidman Federasiyası, Gənclər və İdman Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkil etdiyi FIFA20 Milli Liqasının 8 turu arxada qalıb.

Həyəcanın günü-gündən artdığı çempionatda “Nakhchivan Alinja Tower”dən başqa bütün komandalar xal itiriblər. Cavid Qurbanovun idarə etdiyi kollektiv isə 100 faizlik nəticə qazanaraq 24 xalla turnir cədvəlinin vahid lideridir. Nicat Aslanzadənin idarə etdiyi “Sumqayit Peacekeepers” komandası 19 xalla ikinci sırada qərarlaşıb. İlk üçlüyü isə mövsümə ardıcıl xal itkiləri ilə başlasa da, son iki turu qələbə ilə tamamlayan Tural Həsənovun təmsil etdiyi “Karabakh Horses” klubu tamamlayır. "Karabakh Horses” rəqibindən cəmi 1 xal geri qalır. Liqanın son pillələrində isə hələ də qələbə üzünə həsrət qalan 4 komanda qərarlaşıb. Bunlar “Neftchala Sailors”, “Mingachevir Energizers”, “Lankaran Heroes”, “Qazakh Ashiqs” kollektivləridir.

Ümumi mükafat fondu 17 min manat olan FIFA20 Milli Liqasının növbəti turları aprelin 26-27-də keçiriləcək. Futbol həvəskarları liqa matçlarını oyun günləri saat 11:00-dan 21:00-dək “Gaming League Azerbaijan”ın rəsmi “Twitch” kanalından (https://www.twitch.tv/glahub) "İdmanTV"nin şərhçilərinin təqdimatında izləyə bilərlər.

Xəbər 613 dəfə oxundu.