UEFA “Avro-2020”nin adını olduğu kimi saxlayıb
“Avro-2020”nin 2021-ci ilin yayına qədər təxirə salınmasının ardınca və hərtərəfli təhlildən, eləcə də UEFA-nın tərəfdaşları ilə aparılmış müzakirələrdən sonra Avropa futbol qurumunun İcraiyyə Komitəsi turnirin “Avro-2020” adı ilə tanınmağa davam etməsi barədə qərar qəbul edib.

Azsport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu qərar UEFA-ya Avropa futbol çempionatının 60-cı ildönümünün (1960-2020) təntənəli şəkildə qeyd olunması ilə bağlı ilkin ideyanı qoruyub saxlamağa imkan yaradır.

Qərar, eyni zamanda, “Avro-2020”nin dayanıqlı olması və israfçılığa səbəb olmaması ilə bağlı UEFA-nın öhdəliyinə də uyğun gəlir. Turnirin təxirə salınmasına qədər çox sayda brendləşdirilmiş material artıq istehsal edilib. Tədbirin adının dəyişdirilməsi bu məhsulların məhv edilib yenidən hazırlanmasına gətirib çıxara bilərdi.

Xəbər 621 dəfə oxundu.