Karlsen qələbə seriyasını davam etdirir
Dünya çempionu Maqnus Karlsenin dəvəti ilə keçirilən onlayn şahmat turnirində 4-cü turun iki oyunu keçirilib.

Azsport.az saytı xəbər verir ki, bu gün norveçli şahmatçı Karlsen növbəti qələbəsini fransalı Maksim Vaşye-Laqrav üzərində qazanıb (2,5:1,5) və xallarına daha 3-nü artırıb. Fransalı isə bu tur xallarını artıra bilməyib. Digər qarşılaşmada ABŞ şahmatçısı Fabiano Karuana FİDE-nin 16 yaşlı iranlı təmsilşisi Əlirza Firuzcanı 3:1 hesabı ilə məğlub edib. Karuana 3 xal qazanıb ikinci pilləyə çıxdığı halda, Firuzca hələ də 9 gün öncə başqa bir turnirin finalında üstələdiyi Karlsenin turnirində xal qazana bilmir.

Sabah turun qalan oyunlarında ABŞ şahmatçısı Hikaru Nakamura rusiyalı Yan Nepomnyaşi, çinli Dinq Liren isə niderlandlı Aniş Giri ilə qarşılaşacaq.

Hazırda turnir cədvəlində Karlsen 11 xalla liderdir. Karuana 8 xalla ikinci, Nakamura 7 xalla 3-cü pillədədir. Lirenin 6, Vaşye-Laqrav və Nepomnyaşinin 5 xalı var. Firuzca və Giri hələ ki, xalsızdırlar.

Xəbər 590 dəfə oxundu.