Azərbaycan voleybolçusu İndoneziyada fərqlənib
Xəbər verdiyimiz kimi, Azərbaycan voleybolçuları Odina Əliyeva və Natalya Məmmədova şərəfini qoruduğu “Cakarta” klubu ilə çempion tituluna yiyələniblər. Həmyerlimiz Ziya Rəcəbovun rəhbərlik etdiyi komanda İndoneziya Voleybol Federasiyasının qərarı ilə ölkənin ən güclüsü elan olunub.

O.Əliyeva İndoneziyada fərqlənməyi bacarıb. Belə ki, voleybolçumuz birinci raundun bombardiri, ən yaxşı hücumçu və liqanın ən dəyərli oyunçusu seçilib.

Qeyd edək ki, "Cakarta" müntəzəm çempionatda bütün rəqiblərini üstələyib. Koronavirus pandemiyasına görə dayandırılan yarış təmsilçilərimizin çıxış etdiyi “Cakarta”nın birinci olması ilə yekunlaşıb.

Xəbər 645 dəfə oxundu.