Azər Mirzəyev onlayn seans verəcək
Karantin günlərində Rauf Məmmədovla başlayan şahmatçıların onlayn seans ənənəsini bu dəfə milli komandamızın keçmiş üzvü, qrossmeyster Azər Mirzəyev davam etdiəcək.

Azsport.az saytı xəbər verir ki, şahmatçımız seansı aprelin 26-da saat 15:00-da lichess.orq şahmat platforması üzərindən verəcək. Seansda qeydiyyatdan keçmiş ilk 20 şahmatçı iştirak edəcək.

Xəbər 613 dəfə oxundu.