«Qaziantəp»lilərə azadlıq
«Qaziantəpspor»la əlaqədar istintaq daxilində mühakimə olunan 15 nəfərin azad edilməsi ilə bağlı qərar verilib. İdman.com.az saytının məlumatına görə, azadlığa buraxılanlar arasında klub prezidenti İbrahim Qızılın da adı var.

Qaziantəp 2-ci kriminal məhkəməsi son toplantısında bu qərarı rəsmiləşdirib. Qərarın qəbulu şəhərdə böyük coşğu ilə qarşılanıb. Azadlığa çıxanların yaxınları və klub tərəfdarları məhkəmədən gələn azadlıq qərarını zurna-barabanla, çalıb-oxumaqla qeyd ediblər.

Xəbər 1027 dəfə oxundu.