Dünya Güləş Birliyi sərbəst güləşçilərimizin lisenziya şanslarını yüksək qiymətləndirib
Dünya Güləş Birliyi “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanma şansı yüksək olan idmançıların adlarını açıqlayıb.

Favoritlərin siyahısında ancaq sərbəst güləş üzrə Azərbaycan millisinin üzvləri yer alıb. Belə ki, birlik Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Toğrul Əsgərov, Hacımurad Hacıyev (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq) və Cəmaləddin Məhəmmədovun şanslarını yüksək qiymətləndirib.

Hazırda Azərbaycan güləşçilərinin aktivində 2 lisenziya var. “Tokio-2020”yə vəsiqəni Mariya Stadnik (50 kq) və Şərif Şərifov (97 kq) artıq təmin ediblər.

Xəbər 756 dəfə oxundu.