Gələn il keçirilməsi nəzərdə tutulan çimərlik voleybolu üzrə dünya çempionatının vaxtı dəyişdirilib
Gələn il keçirilməsi nəzərdə tutulan çimərlik voleybolu üzrə dünya çempionatının vaxtı dəyişdirilib. Mundial 2022-ci ildə təşkil olunacaq.

Bu barədə Beynəlxalq Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dünya çempionatı Romada keçiriləcək. Turnirin vaxtının dəyişdirilməsi barədə qərar idman tədbirlərinin təqvimində əhəmiyyətli dəyişikliklərdən sonra qəbul edilib. Edilən dəyişikliklər isə koronavirus pandemiyası səbəbindən "Tokio-2020" Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsi ilə bağlıdır.

Xəbər 618 dəfə oxundu.